Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə ilə bağlı son günlər sosial şəbəkədə videolar yayılıb.
Day.Az Axşam.az-a istinadən xəbər verir ki, aparıcının ağır vəziyyətdə olduğu, danışa bilmədiyi qeyd edilib.
Bloger Nail Kəmərli N.Nəbizadənin videosunu yayımlayıb. O bildirib ki, aparıcı ilə görüşəcək:
"Nəsimi qardaşımızla danışdım. Hər şey qaydasındadır. Sabah özü ilə canlı görüşəcəyəm. Nəsiminin yanındayam. Özü də bilir".