EN

Qubada yük maşını dərəyə aşdı - Ölən var

Bakı. Trend:

Quba rayonu, Qalayxudat kəndində yol-nəqliyyat hadisəsi başverib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerinə nazirliyin ən yaxın xilasetməqüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,“Mercedes” markalı yük avtomobili dərəyə aşıb, 1 nəfər avtomobildəsıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələritərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyatvasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
41
7
az.trend.az

8Sources