EN

Uqandanın dövlət naziri: Gənclərin yaratdıqları əməkdaşlıq şəbəkəsini yüksək qiymətləndiririk

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 avqust, AZƏRTAC

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bugünkü görüşündə iştirak etməkdən böyük məmnunluq duyuram. Burada müşahidə etdim ki, gənclərimiz çox dəyərli və dərin düşüncələr irəli sürür, gələcəyin qurulmasında fəal mövqe nümayiş etdirirlər. Xüsusilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədrinin çıxışı olduqca təsirli və məzmunlu idi. Çıxışda hərəkatın əsas prinsiplərini təşkil edən mühüm məsələlərə – təhsil, dayanıqlı inkişaf, sülh və təhlükəsizlik şəraitində birgəyaşayış, iqlim dəyişikliyi kimi qlobal çağırışlara toxunuldu. Bu məsələlər bu gün bütün dünya gənclərinin gündəliyində duran ən vacib mövzulardır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba jurnalistlərə açıqlamasında səsləndirib.

O, gənclərin təşəbbüslərinə və ideyalarına dəstək verməyin vacibliyini vurğulayıb: “Biz gənclərin yaratdıqları əməkdaşlıq şəbəkəsini yüksək qiymətləndiririk. Onların müxtəlif ölkələrdəki bölmələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün dəstəyimizi əsirgəməyəcəyik. Uqandada da Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bölməsi fəaliyyət göstərir. Bu çərçivədə tədqiqat, maarifləndirmə, təhsil və səlahiyyətləndirmə istiqamətində mühüm addımlar atılır. Əminik ki, gənclərimiz daha güclü əməkdaşlıq şəbəkələri quraraq qarşıya qoyduqları məqsədlərə nail ola biləcəklər.”

Con Mulimba əlavə edib ki, gənclər hər bir ölkənin gələcəyini formalaşdıran aparıcı qüvvədir və onların beynəlxalq əməkdaşlıq çərçivəsində bir araya gəlməsi həm regional, həm də qlobal miqyasda sülh, inkişaf və tərəqqi üçün mühüm töhfə verəcək. Bu baxımdan, Qoşulmama Hərəkatı çərçivəsində gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların ideyalarının reallaşdırılması gələcəkdə daha güclü və dayanıqlı tərəfdaşlıqların qurulmasına xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
2
azertag.az

3Sources