EN

Beşiktaş təzminat ödəyib yollarını ayırdı RƏSMİ

ain.az, Sportal.az saytına istinadən bildirir.

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Aleks Oksleyd-Çemberleynlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 32 yaşlı futbolçuya 1,7 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2023-cü ilin yayından "Beşiktaş"da çıxış edirdi. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
13
sportal.az

10Sources