Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, “köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:2 hesablı heç-heçə etməklə nail olub.
Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozeflə (12) Barnabaş Varqa (55, pen.) fərqlənib.
Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə rəqib hesabda önə keçib.
82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsindən topu qapıya göndərib.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesab bərabərləşib.
55-ci dəqiqədə Barnabaş Varqa penaltidən fərqlənib.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
News24.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesabda önə keçib.
45-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.
News24.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 25-ci dəqiqəsində fərqlənib.
***
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 12-ci dəqiqəsində qonaqlar önə keçib.
Lenni Cozef adını tabloya yazdırıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı start götürüb.
News24.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.