EN

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşünə çıxıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferentsvaroş”u qəbul edib. Görüş Macarıstan təmsilçisinin qələbəsilə başa çatıb -3:2.

Ancaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə rəqibinə 3:1 qalib gəldiyi üçün Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

27 avqust

20:45 “Qarabağ” – “Ferensvaroş”  2:3

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1),  B.Varqa, 55 – pen. (2:2), Tof, 81 (2:3)
Baş hakim: Kleman Turpin
İlk oyun 3:1

Chosen
10
idmanxeber.az

1Sources