Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Təl-Əvivin “Ben Qurion hava limanına “hipersəs ballistik raket”lə hücum ediblər.
Bakues.az-ın məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya deyib.
“Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri “Fələstin-2″ hipersəs ballistik raketi ilə Ben Qurion hava limanına hücum edərək hərbi əməliyyat keçiriblər”, – deyə o bildirib.