Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.