EN

Elvin Cəfərquliyev: Liqa mərhələsində “Barselona” ilə qarşılaşmağı istəyərəm

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 avqust, AZƏRTAC

“Çox xoşbəxtəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.

O, ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində oynayacağını xatırladıb: “Bundan əvvəl Avropa Liqasının 1/8 final mərhələsində oynamışdım. Azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idi. Rəqib üçüncü qolu vuranda riskli idi. Çünki daha bir top buraxsaydıq, matç əlavə vaxta gedəcəkdi”.

E. Cəfərquliyev Çempionlar Liqasının Liqa mərhələsində İspaniya nəhəngi “Barselona” ilə qarşılaşmaq istədiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
3
azertag.az

4Sources