EN

Timsahın hücumuna məruz qalan fermer həyatını itirdi

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Hindistanda timsah fermerə hücum edib və onu parçalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karnataka ştatının Kunçaqanur kəndində baş verib.

Krişna çayı sahilində təsərrüfat işi ilə məşğul olan 38 yaşlı Kaaşappa Hanamanta Kambaliyə timsah hücum edib və onu çaya çəkərək parçalayıb. 5 saatlıq axtarışlardan sonra onun qalıqları bir qədər aralıdan tapılıb.

Bu, cari ildə ərazidə 3-cü belə faciəvi hadisədir. Yerli hakimiyyət orqanları mərhumun ailəsinə 500 min rupi (təxmini 10550 manat) kompensasiya ödəyəcək.

Yeri gəlmişkən, yerli sakinlər kompensasiyanın həcmindən narazıdırlar. Onlar əlaqədar qurumlardan məbləğin artırılması ilə yanaşı, timsah hücumlarına qarşı tədbirlərin görülməsini də tələb edirlər.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
525.az

1Sources