EN

“Qarabağ”ın potensial rəqibləri: “Real”, “Liverpul”, “Qalatasaray”…

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn “Qarabağ”ın rəqibləri sabah – avqustun 28-də Monakoda keçiriləcək püşkatmada müəyyənləşəcək.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçisimiz dördüncü səbətdə yer alacaq. Azərbaycan çempionu hər səbətdən iki komanda olmaqla 8 klubla üz-üzə gələcək.

Potensial rəqiblər arasında “Real”, PSJ, “Mançester Siti”, “Arsenal”, “Bayer”, “Qalatasaray” və digər nəhəng komandalar var.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və klub rəhbərliyi də iştirak edəcək.

Chosen
5
idmanxeber.az

1Sources