EN

ABŞ də ayın sonunadək bayraqlar endirildi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Minneapolis şəhərindəki katolik məktəbində atışma zamanı həlak olanların xatirəsinə ABŞ-nin bütün hökumət binalarında bayraqlar yarıya qədər endirilib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp  Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində faciə qurbanlarının xatirəsini yad etmək üçün sənəd imzalayıb.

Həmin sənəddə ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək endirilməsi əmr edilib.

Xatırladaq ki, məktəbdə atışma nəticəsində azı üç uşaq həlak olub, 20-yə yaxın insan yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
qafqazinfo.az

2Sources