EN

18 yaşlı argentinalı yarımmüdafiəçini izləyir - “Barselona”

18 yaşlı yarımmüdafiəçi Yan Subiabre karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun hüquqları “River Pleyt”ə məxsusdur və “Barselona” onu heyətinə qatmaqla ciddi şəkildə maraqlanır.

Subiabrenin müqaviləsində transfer məbləği 25 milyon avro göstərilib. Onun “River Pleyt”lə sözləşməsinin müddəti gələn ilin dekabrının sonuna qədərdir.

“Barselona” gənc oyunçunun inkişafını uzun müddətdir izləyir və onun potensialına böyük ümid bəsləyir.

Chosen
7
sportinfo.az

1Sources