MİNGƏÇEVİR, 28 avqust. TELEQRAF
Mingəçevirdə sifarişlə qida daşıyan kuryer motosikletçi “Hunday Santafe” markalı minik avtomobili ilə toqquşub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə avqustun 28-nə keçən gecə Heydər Əliyev prospektində Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.