EN

MY 4-cü liqa komandasına uduzaraq İngiltərə Kuboku ilə vidalaşdı

"Mançester Yunayted" gözlənilməz yenilgi ilə İngiltərə Kubokunun 2-ci mərhələsində mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" 4-cü divizion komandasında boyun əyiblər.

"Qrimsbi" ilə oyunun ilk yarısında qapısında 2 qol görən İngiltərə nəhəngi ikinci yarıda bərabərliyə nail olub - 2:2. Qalib penalti seriyasında müəyyənləşib. Pirtuqaliyalı mütəxəssis Ruben Amorimin rəhbərlik etdiyi adlı-sanlı rəqibindən çəkinmədiyini isbatlayan "Qrimsbi"nin futbolçuları burada da xarakter nümayiş etdiriblər - 12:11.

Qeyd edək ki, MY Premyer Liqaya da uğursuz başlayıb. Komanda 2 tura 1 xal qazana bilib.

Nihat

Chosen
18
fanat.az

1Sources