EN

İranla konstruktiv münasibət qurmaq istəyirəm - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranla konstruktiv münasibətləri davam etdirmək istədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, Associated Press agentliyinə İranla əlaqəsi olan şəxslər tərəfindən ona qarşı təhdidlər barədə suala cavab verib.

"Mən İranla konstruktiv münasibət qurmaq istəyirəm. Təəssüf edirəm ki, təhdidlər var. BAEA-nin yerləşdiyi ölkəni buna ciddi yanaşmağa sövq edən məlumatlar var".

Chosen
9
ucnoqta.az

1Sources