Cəmi iki ay ərzində “K-pop: Şeytan ovçuları” animasiya filmi “Netflix” platformasında 236 milyon baxış toplayaraq servisin tarixində ən çox izlənilən filmə çevrilib.
Bakues.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Bildirilir ki, üç həftədir ki, filmə maraq demək olar ki, azalmır, baxış düşüşü 0%-ə yaxın olub. “K-pop: Şeytan ovçuları” filmi “Netflix”də ən populyar film uğrunda rəqabətdə “Qırmızı bildiriş”i (Red Notice) də geridə qoyub.
Qeyd edək ki, ekran işi həftəsonu ABŞ kassalarında 18-20 milyon dollar gəlir əldə edib.