EN

Astronomlar yeni planet kəşf etdilər - 430 işıq ili uzaqlıqda...

Beynəlxalq astronomlar qrupu Yerdən təxminən 430 işıq ili uzaqlıqda, gənc ulduzun ətrafında fırlanan WISPIT 2b adlı yeni planet kəşf edib.

Milli.Az xəbər verir ki, ölçüsünə görə Yupiterə bənzəyən qaz nəhəngi olduğu düşünülən planetin yaşı yalnız təxminən beş milyon ildir. Bu kəşf alimlərə planetin əmələ gəlmə prosesinə nadir bir baxış imkanı verir. Planet  Avropa Cənub Rəsədxanasının Çilinin Atakama səhrasında yerləşən Çox Böyük Teleskop (VLT) vasitəsilə aşkar olunub.

Tədqiqat Hollandiya Leiden Universiteti, İrlandiya Galway Universiteti və ABŞ-ın Arizona Universiteti alimlərinin iştirakı ilə aparılıb və "Astrophysical Journal Letters" jurnalında dərc olunub.

Alimlər qeyd edirlər ki, planet öz Günəşimizin ilkin versiyasına bənzəyən gənc ulduzu əhatə edən toz diskinin içində aşkarlanıb və bu, planetin formalaşmasını öyrənmək üçün unikal imkan yaradır.

Milli.Az

Chosen
21
4
milli.az

5Sources