EN

ÇL-in Liqa mərhələsində oynayacaq 36 komanda

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra Liqa mərhələsində iştirak edəcək son 7 komanda da müəyyənləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" da adını qitənin ən nüfuzlu klub turnirinə yazdırmağı bacarıb. Həmçinin "Kopenhagen", "Benfika", "Brügge", "Kayrat", "Pafos" və  "Budo/Qlimt" də pley-offdan Liqa mərhələsinə yüksəliblər. 

Nəticədə əsas mərhələdə mübarizə aparacaq 36 komandanın siyahısı tamamlanıb.

ÇL-in Liqa mərhələsində yarışacaq komandalar aşağıdakılardır: 

Azərbaycan

"Qarabağ"

İngiltərə

"Liverpul"

"Arsenal"

"Mançester Siti"

"Nyukasl"

"Tottenhem"

"Çelsi"

İtaliya

"Napoli"

"İnter"

"Atalanta" 

"Yuventus"

İspaniya

"Barselona"

"Real" (Madrid)

"Atletik"

"Atletiko" 

"Vilyareal"

Almaniya

"Bavariya"

"Bayer"

"Borussiya" (Dortmund)

"Ayntraxt" 

Fransa

PSJ

"Olimpik"

"Monako"

Niderland

"Ayaks" 

PSV

Portuqaliya

"Benfika"

"Sportinq"

Belçika

"Brügge"

"Yunion"

Türkiyə

"Qalatasaray"

Çexiya

"Slaviya" (Praqa)

Yunanıstan

"Olimpiakos"

Kipr

"Pafos"

Norveç

"Budo/Qlimt"

Qazaxıstan

"Kayrat" 

Danimarka

"Kopenhagen"

Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin püşkatma mərasimi avqustun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk turun oyunları 16-18 sentyabrda oynanılacaq. Reqlamentə əsasən, bu mərhələdə hər bir iştirakçı komanda 4-ü evdə, 4-ü səfərdə olmaqla, 8 matça çıxacaq.

QOL.az

Chosen
1
2
ikisahil.az

3Sources