EN

165 milyon il əvvəl yaşayıb: tikanlı dinozavr kəşf edildi - Foto

Alimlər boynundan bir metr uzunluğunda tikanlar çıxan nadir dinozavr növü kəşf ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş ərazisində edilən kəşf alimləri heyrətləndirib.

Onlar hesab edirlər ki, bu tapıntı zirehli dinozavrların təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirilməsini zəruri edir.

Belə ki, “Spicomellus afer” adlanan növün bu nümayəndəsi 165 milyon il əvvəl yaşayıb. O, zirehli dinozavrların ən qədim nümunəsi, eyni zamanda indiyədək aşkar edilmiş ən qeyri-adi dinozavrlardan biri hesab edilir.

Chosen
7
publika.az

1Sources