EN

Hacıqabulda sakinlər qurdlu su içirlər? - ŞİKAYƏT

Hacıqabul rayonunun Talış kəndinin bir hissəsi və ona qonşu olan Kolanı kəndi illərdir içməli su üzünə həsrət qalıb.

Sakinlər bildirirlər ki, hər iki kəndin yaxınlığında yerləşən Kür Su Kəmərləri İdarəsi ölkənin yarısını su ilə təmin etsə də, min nəfərdən çox sakinin yaşadığı Kolanı və Talış kənd sakinləri içməyə su tapa bilmirlər.

Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb.

"Qurdlu su içirik. Belə yaşayış olmaz. Bu dövrdə belə yaşayırıqsa, artıq söz tapmıram", - Kolanı kənd sakini bildirib.

"Biz də təmiz su içmək istəyirik. Gətirib sayğac quraşdırsınlar, istifadə edək, pulumuzu ödəyək. Hazırda içməli suyu pulla alırıq, təsərrüfat suyunu duruldaraq içirik. Əgər yoxlasanız, hamı böyrək xəstəsidir", - digər sakin əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
19
2
far.az

3Sources