Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan MR maliyyə naziri Həsən İsmayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 40 yaşlı N.Hacıyev 2017-ci ildən Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.