EN

“Qarabağ” Çempionlar Liqasında ev oyunlarını bu stadionda keçirəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanaraq ikinci dəfə tarix yazan “Qarabağ” klubunun ev oyunlarını harada keçirəcəyinə aydınlıq gətirilib,

Modern.az xəbər verir ki, “Qarabağ”ın baş direktoru Emrah Çelikel jurnalistlərlə söhbətində bildirib ki, Liqa mərhələsindəki ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi planlaşdırılıb.

O, komandanın Bakı Olimpiya Stadionunda məskunlaşacağı barədə xəbərin həqiqət olmadığını qeyd eib.

“Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacağıq”.

Chosen
12
1
modern.az

2Sources