EN

Əraqçi: "ABŞ ilə danışıqlar mənasızdır"

Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "The Financial Times" qəzetinəmüsahibəsindədilə gətirib. O diqqətə çatdırıb ki, hərçənd İran xalqı ABŞ tərəfi ilə istənilən görüşü, müzakirəni əbəs sayır.

"Ona görə də cəmiyyətdən tez-tez belə mesajlar alırıq ki, hökumət faydasız dialoqlarda vaxt itirməməlidir",– nazir vurğulayıb.
İran XİN: "Danışıqlar sual altında qalıb"

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.

Firudin Həmidli
AzVision.az
Chosen
4
azvision.az

1Sources