EN

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları və ya 0,45% artaraq 69,61 ABŞ dolları olub. 

Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” nefti isə 0,34 dollar və ya 0,50% bahalaşaraq 68,10 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Eyni zamanda, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,27 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur. Bu layihədə SOCAR-ın payı 31,65%-dir.

Chosen
24
32
anews.az

10Sources