«Qarabağ» bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.
«Ferensvaroş»u üstələyərək 8 ildən sonra yenidən qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksələn «köhlən atlar» ev oyunlarını harada keçirəcək?
Artıq sosial şəbəkələrdə bununla bağlı müxtəlif iddialar yayılmaqdadır. Həmin xəbərlərə inansaq, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunun (BOS) rəhbərliyinə müraciət edib.
Bu isə 2017-ci ildəki hadisənin təkrarıdır. Çünki «Qarabağ» həmin vaxt də qrupdakı rəqiblərini («Atletiko», «Roma» və «Çelsi) burada qonaqlamışdı.
«Qarabağ»ın İdarə Heyətinin aparıcı üzvü Asif Əsgərov bununla bağlı Sportinfo.az-a çox qısa açıqlama verib:
«Hazırda oynadığımız stadiondan, «Tofiq Bəhramov»dan razıyıq».