EN

Soyuq havalarda dərini necə qorumalı?

Qış aylarında soyuq hava, külək və yağış dərini qurudaraq zədələnməsinə və erkən qırışlara səbəb ola bilər. Mütəxəssislər bu dövrdə dərini təmiz saxlamağı, nəmləndirici kremlərdən istifadə etməyi və evdə hazırlanan təbii maskalara üstünlük verməyi tövsiyə edir.


Pravda.az bildirir ki, soyuq havalarda dərini qorumaq üçün sadə üsullar arasında üzün isti su ilə yuyulması, daha sonra soyuq su ilə durulanması və xüsusi maskalardan istifadə etmək var.


Dərini qoruyan 3 ev maskası:


Nəmləndirici kök maskası: Kök, avokado, bal və yumurta sarısı qarışdırılaraq 15 dəqiqə üzə çəkilir.


Parlaq göstərən qarğıdalı unu maskası: Qarğıdalı unu, duzsuz kərə yağı və zeytun yağı ilə hazırlanır, 15 dəqiqə saxlanılır.


Rahatladıcı banan maskası: Banan və bal qarışdırılaraq 20 dəqiqə üzdə saxlanılır.


Bu sadə qulluq üsulları soyuq havalarda dərini həm qoruyur, həm də sağlam görünüşünü bərpa edir.


Əminə Bayramova


























Tarix: 28 Avqust 2025, 10:43   
Chosen
9
pravda.az

1Sources