Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
"Əvvəlki administrasiyalar çox uzun müddətdir ki, əcnəbi tələbələrin və digər viza sahiblərinin Birləşmiş Ştatlarda faktiki olaraq qeyri-müəyyən müddətə qalmasına icazə verib. 1978-ci ildən onlar bütün təhsil müddəti ərzində ABŞ-da qala bilirdilər. Yeni qaydada qalma müddəti dörd ildən çox olmayan təhsil proqramının müddəti ilə məhdudlaşdırılacaq", - deyə bildirilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dakı universitetlərə qəbul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31