Sea Breeze

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi üçün “Delta Capital” və “Zuhur” MMC-lərə verdiyi lisenziyalarının qüvvəsini 1 ay müddətinə dayandırıb.

BAKU.NEWS bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Delta Capital”da aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulduğu, “Valyuta tənzimi haqqında” qanunun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin təkrar pozulduğu müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq “Delta Capital”a verilmiş 08.12.2021 tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi dayandırılıb.

Bundan başqa, “Zuhur”da aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta tənzimi haqqında” qanunun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.7-ci bəndinin tələblərinin təkrar pozulduğu müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq “Zuhur”a verilmiş 15.03.2022 tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi dayandırılıb.

Xatırladaq ki, bundan əvvəl AMB valyuta mübadiləsi üçün “Meta-Kapital” MMC-yə verdiyi lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX