EN

İlham Əliyev Pekindəki Zəfər paradında iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çində keçirləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, məlumatı Çin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda 26 xarici lider iştirak edəcək.

Onların arasında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, İran prezidenti Məsud Pezeşkian, Pakistanın baş naziri Şahbaz Şərif, Kreml rəhbəri Vladimir Putin və digər liderlər var.

Çin Yaponiya işğalçılarına qarşı Müqavimət müharibəsində və II Dünya müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə sentyabrın 3-də Pekinin Tiananmen meydanında hərbi parad keçirəcək.

Chosen
3
2
redaktor.az

3Sources