EN

ABŞ-dən Hindistana ittiham: Ukraynada Rusiyaya kömək edirlər

BAKI, 28 avqust. TELEQRAF

ABŞ prezidentinin ticarət müşaviri Peter Navarro Hindistanı Rusiyanın Ukraynadakı hərbi kampaniyasını maliyyələşdirməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, o, münaqişəni “Modi müharibəsi” adlandırıb.

Donald Tramp administrasiyası Rusiyaya təzyiq məqsədilə Hindistana tarifləri iki dəfə artıraraq 50 faizə çatdırdıqdan sonra Navarro bildirib ki, ölkənin Baş naziri Narendra Modi “müharibə maşını”nı – Moskvanı maliyyələşdirir.

“Mən Modinin müharibəsini nəzərdə tuturam, çünki sülhə gedən yol qismən Dehlidən keçir”, - ABŞ prezidentinin müşaviri qeyd edib.

Navarro əlavə edib ki, Hindistan Rusiya neftini endirimlə almaqla Moskvaya kömək edir, Ukraynanı maliyyələşdirməyə məcbur olan ABŞ-yə ziyan vurur.

Chosen
3
3
teleqraf.com

4Sources