EN

Prezident İlham Əliyevin müsahibəsində verdiyi mesajlar Azərbaycanın güclü və prinsipial mövqeli dövlət olduğunun təsdiqidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həmregion, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə vəbeynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasındaəhəmiyyətli rol oynayır. Bu baxımdan dövlətimizin başçısınınSəudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindəsəsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir.Prezident İlham Əliyev öncə Vaşinqtonda tarixi sülh razılaşmasınıntəəssüratlarından bəhs etdi. Bildirdi ki, avqustun 8-də Vaşinqtondabaş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonudeməkdir. Uzun illərdir ki, Ermənistanla müharibə vəziyyətindəidik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycanərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuzyox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə onadəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizintəxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə birmilyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu,əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni,Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonuyurd-yuvasından didərgin düşmüşdü.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələninbaşlanğıcı oldu. Azərbaycanın müstəqilliyinin, bir dövlət olaraqvarlığının itirilməsinin qarşısı qətiyyətlə alındı. ÜmummilliLiderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişininimzalanması ölkədə sabitliyin yaradılması ilə yanaşı, bütünsahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. İqtisaditərəqqi bütün sahələrdə, o cümlədən müstəqilliyimizin vəsuverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində zəruriaddımların atılmasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevsözügedən müsahibəsində bu məqamlara diqqəti yönəltdi ki, BirinciQarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ciilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlarprosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi.2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və bizbeynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.

Trendxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizdən sonrakı dövrünmühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhüntəmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasıməqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və onanail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunanmüsahibədə də vurğulandığı kimi, Azərbaycan danışıqlar formatınıntəşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycanmünasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğubarədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə ildavam etdi, nəhayət, Vaşinqtonda Prezident Trampın və onunkomandasının böyük dəstəyi ilə başa çatdı. Formal olaraq sülhsazişinin imzalanmamasının bir xüsusi səbəbi var ki, o daErmənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ dəşübhə altına alan müddəanın mövcudluğudur. Həmin müddəayadəyişiklik edildikdən, Azərbaycanın ərazi bütövlüyünə qarşıiddialar onların konstitusiyasından çıxarıldıqdan sonra formal sülhsazişi də imzalanacaq. Reallıq budur ki, Azərbaycan və ErmənistanınAğ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflamasımüharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildənartıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu,həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamiləyeni imkanlar açır.

Vüqar Rəhimzadə müsahibədə xüsusi vurğulanan ədalətsiz 907-cidüzəlişin ləğvinə, ATƏT-in Minsk qrupunun fəaliyyətinidayandırmasına, əgər Ermənistanda hər hansı daxili siyasidəyişiklik baş verərsə, bunun sülh razılaşmasına xələlgətirib-gətirməyəcəyinə diqqəti yönəltdi. Prezident İlham Əliyevqeyd etdi ki, bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət,Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da buprosesi dəstəklədilər. Bütün beynəlxalq ictimaiyyət bu hadisənimüsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaqdeməkdir. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə vəsabit inkişafa zəmanətdir. Əgər Ermənistanın hər hansı gələcəkhökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtondaimzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddiçətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdantamamilə Azərbaycanın xeyrinədir. Vaşinqtonda imzalanan sənədinəhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazibütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bufundamental tezisi əsasında planlaşdıracaq. Əgər Ermənistan bizimərazi bütövlüyümüzü tanımaqdan imtina edərsə, Azərbaycan da onlarınərazi bütövlüyünü tanımaqdan imtina edəcək.

Minsk qrupunun ləğvi məsələsi tarixi Zəfərimizdən sonrakı dövrünəsas çağırışlarındandır. Uğursuz Minsk qrupu 1992-ci ildə hazırdatarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilikmissiyasını yerinə yetirmək məqsədilə yaradılıb. Ermənistan rəsmişəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını vəmünaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqimövcudluğu absurddur. Vaşinqton görüşündə ABŞ Prezidenti DonaldTrampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması iləbağlı qərarı onun bir daha ədalətin, beynəlxalq hüququn yanındaolduğunu təsdiqlədi. Prezident İlham Əliyev müsahibəsində bureallığı xüsusi qeyd etdi ki, Donald Tramp bir neçə ay ərzindəAfrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onunxarakteridir, bu, onun təbiətidir.

Milli Məclisin deputatı müsahibədə dövlət başçısı İlham Əliyevindiqqət yönəltdiyi məsələlər sırasında Azərbaycanın tolerant,multikultural dəyərlərin inkişafına verdiyi töhfələrdən də bəhsedərək bildirib ki, ölkəmizdə bütün xalqların, millətlərinnümayəndələri sülh, dostluq şəraitində yaşayır. Azərbaycancəmiyyətində bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimiyaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilikolmayıb. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərinnümayəndələri də özlərini eyni cür hiss edirlər. Azərbaycan şiə vəsünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri azsayda ölkələrdən biridir. Müsəlman dünyası üçün ən böyük təhlükətəriqətlərə ayrılmaqdır. Prezident İlham Əliyev bildirdi ki,istənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcədəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdənözümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrəttoxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasındayüksək qiymətləndirilir.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələr arasında əlaqələrininkişafında enerji amili əsasdır. Azərbaycan qazının ixrac olunduğuünvanların sayı artır. Bir müddət öncə Azərbaycan qazı qardaşTürkiyənin ərazisi ilə Suriyaya çatdırıldı. Günümüzün reallığıbudur ki, Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir. Onların8-i Avropa İttifaqının üzvüdür. Bu ölkələr üçün Azərbaycan qazıonların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır vəbu rol artacaq. Dövlətimizin başçısı İlham Əliyev müsahibədə qeydetdi ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçünilk təcrübədir. Suriyaya qazın həcmini artıra bilərik. Azərbaycan,həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatlarıvasitəsilə digər ölkələri qazla təchiz edə bilər.

Millət vəkili dövlət başçısı İlham Əliyevin sözügedənmüsahibəsində hər fikrinin bu günümüz və gələcəyimiz üçün mühümçağırış olduğunu bildirib. Sualları ətraflı şəkildə cavablandıranPrezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanınxarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu davurğulayıb. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzununartırılması istiqamətində Azərbaycan və qardaş Türkiyəningöstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilatasədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrininkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalqnüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindənyüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçünaktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühümreallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizimsiyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıqreallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasınınbirliyini daha da möhkəmləndirəcək. Vaşinqton görüşünün uğurlunəticələrindən biri məhz Zəngəzur dəhlizinin reallaşmasına xidmətedən addımın atılması oldu. Prezident İlham Əliyevin müsahibəsindəvurğuladığı kimi, Prezident Donald Tramp Zəngəzur dəhlizinə özadını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamandareallaşacaq. Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm dəŞimal-Cənub nəqliyyat dəhlizi olacaq. Bütün region üçün hamınınudacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.

Millət vəkili qeyd edib ki, Prezident İlham ƏliyevinƏrəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindəsəsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha Azərbaycanınqalib, qüdrətli, hər zaman qətiyyətli, prinsipial və beynəlxalqhüquqa əsaslanan mövqeyi olan, dünyada nüfuzlu, söz sahibi olandövlətlərdən biri olduğunun təsdiqidir.

Chosen
47
9
az.trend.az

10Sources