EN

"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçını keçirəcək

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti matçını keçirəcək. SİA xəbər verir ki, Azərbaycan çempionu Şotlandiyanın "PYF Saltires" klubu ilə üz üzə gələcək.

Qarşılaşma Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Görüşü Vladimir Sebek (Monteneqro) və Filipe Duarte (Portuqaliya) idarə edəcəklər.

Naxçıvan təmsilçisi ilk oyunda Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandanın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu matçını avqustun 30-da yerli "Ljuti Krajişniçi" klubuna qarşı keçirəcək.

Chosen
29
5
sia.az

6Sources