EN

Azərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edibFOTO

Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.

Səfirlikdən Xezerxeber.az-a bildirilib ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

  • Azərbaycan
  • Azərbaycan
Chosen
58
34
xezerxeber.az

10Sources