EN

Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan azərbaycanlını saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. 

1970-ci il təvəllüdlü Ryazan sakini 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İstintaqın məlumatına görə, qadın Ukrayna tərəfi ilə "WhatsApp" və "Signal" messencerləri vasitəsilə əlaqə saxlayıb. O, Rusiyanın təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatları əldə etmək üçün məqsədyönlü cəhdlər edib.

Saxlanılan şəxsin sözlərinə görə, o, Ukrayna kəşfiyyatı üçün hərbi texnikanı lentə alıb və Rusiya obyektləri barədə danışıb. 

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (“Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsaslarla əməkdaşlıq”) ilə cinayət işi açılıb.

Ağarza Elçinoğlu

Chosen
16
3
unikal.az

4Sources