Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, yol qəzası şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.