EN

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 12:00-dan...

Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdudiyyət olacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Məlumata görə, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Chosen
47
24
news365.az

10Sources