EN

Kiyevə dəhşətli hücum 8 nəfər ÖLDÜ

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi hücum həyata keçirib.

Modern.az-ın məlumatına görə, şəhərə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Rəsmilərin məlumatına görə, azı 8 nəfərin öldüyü məlumdur. 30-a yaxın adamın yaralandığı bildirilir. Dağıntılar altında insanların qaldığını qeyd olunub.

Darnitski rayonunda beşmərtəbəli yaşayış binasının bütöv bir hissəsi birbaşa zərbə nəticəsində dağıdılıb.

Hücumda "Şahed" tipli PUA-lardan və "Kinjal" raketlərindən istifadə edilib.

Kiyevin atəşə tutulması ilə bağlı Rusiya tərəfdən hələlik rəsmi açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
modern.az

2Sources