EN

Etirazçılar Argentina prezidentinə hücum ediblər VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Argentina prezidenti Xavyer Miley Lomas-de-Samora qəsəbəsində sakinləri salamlayaraq üstüaçıq avtomobillə hərəkət edərkən onun tərəfdarları, polis və etirazçılar arasında toqquşma yaşanıb. Maşına müxtəlif əşyalar atılandan sonra dövlət başçısının mühafizəsi onu təcili oradan aparmaq qərarına gəlib. Argentina prezidentinin sözçüsü Manuel Adorni iğtişaşlarda keçmiş prezident Kristina Fernandes de Kirşnerin tərəfdarlarını günahlandırıb. Prezident kortecinin keçidi Buenos-Ayres əyalətinin qanunvericilik məclisinə sentyabrın 7-də keçiriləcək seçkilərə həsr olunmuşdu.

Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
azvision.az

2Sources