Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə sualı yoxdur.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Bəli, sülh bərqərar oldu, lakin bu o demək deyil ki, bizim suallarımız və həll olunmamış problemlərimiz yoxdur. Amma sülhü qorumaq lazımdır", - o qeyd edib.