EN

Külək yük maşınını Mercedes in üstünə aşırdı DYP dən HAVA XƏBƏRDARLIĞI VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

Qurum təhlükəsizlik baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:

- güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;

- digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;

- sükanı möhkəm saxlamaq;

- açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;

- avtomobilləri park edərkən aşma riski olan ağacların, dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.

Eyni zamanda, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
37
avtosfer.az

10Sources