EN

Vaşinqton görüşlərinin nəticəsi: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə AÇILDI

Azərbaycanın xarici siyasətində mühüm dönüş nöqtələrindən biri reallaşdı. Uzun illər ölkəmizin qarşısında süni maneə kimi duran və ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəliş nəhayət ki, aradan qaldırıldı. Bu addım təkcə siyasi-diplomatik uğur deyil, həm də gələcəkdə ABŞ-Azərbaycan münasibətlərinin yeni strateji xətt üzrə inkişafına təkan verəcək tarixi hadisədir. Politoloq Fəqani Məhərrəmli Editor.az-a verdiyi açıqlamada məsələnin əhəmiyyətini şərh edib.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında qeyd edib ki, “Azadlığı Müdafiə Aktı”na əlavə edilmiş 907-ci düzəliş vaxtilə erməni lobbisinin təsiri ilə ABŞ tərəfindən Azərbaycana qarşı qəbul olunmuş son dərəcə ədalətsiz qərar idi.

Onun sözlərinə görə, 2001-ci ildə ABŞ-a qarşı terror hücumlarından sonra Vaşinqton Əfqanıstanda yerləşən terror qruplarına qarşı əməliyyatlara başlayarkən Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə dəstəyini təmin etmək üçün Konqres prezidentə bu bədnam düzəlişin tətbiqini dayandırmaq səlahiyyəti vermişdi:

“Təəssüf ki, Bayden administrasiyası 2023-cü ildən etibarən bu səlahiyyəti ləğv etdi və düzəlişin yenidən qüvvəyə minməsinə şərait yaratdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 avqustda Vaşinqtonda keçirdiyi görüşlər, imzalanan sənədlər və ABŞ-la strateji əməkdaşlıq formatında əldə olunan nəticələr bu düzəlişin tamamilə ləğvi ilə yekunlaşdı. Bu, ölkəmiz üçün çox mühüm diplomatik qələbədir”.

Fəqani Məhərrəmlinin fikrincə, bundan sonra ABŞ-Azərbaycan münasibətləri strateji xətt üzrə inkişaf edəcək, bu isə həm dövlətlərarası əməkdaşlığı, həm də özəl sektorlar arasında ticari əlaqələri daha da genişləndirəcək:

“ABŞ-dan Azərbaycana kapital və investisiyaların axını artacaq. Tramp administrasiyası dövründə də Cənubi Qafqaz, xüsusilə Azərbaycanla əməkdaşlıqda maraqlı yanaşma mövcud idi. İndi isə texnologiya, sərmayə və infrastruktur layihələrinə böyük yatırımlar gözlənilir. Bir sözlə, Prezident İlham Əliyevin Vaşinqton səfəri həm siyasi-diplomatik, həm də iqtisadi müstəvidə əhəmiyyətli nəticələr doğuracaq.”

//Gülnarə Abasova, Editor.azVaşinqton görüşlərinin nəticəsi: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə AÇILDI

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources