EN

Si Cinpinin “əjdaha-fil tanqosu”

AzVision.az xəbər verir ki, məsələdən hali olan hindistanlı məmura istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

Hindistan prezidenti əsasən nominal funksiyaları yerinə yetirir, ölkədə real hakimiyyət baş nazirin əlində cəmləşib ki, hazırda da bu postu Narendra Modi tutur.

“Si Cinpinin məktubu Çin və Hindistan arasında münasibətlərin yaxşılaşdırılması imkanlarını araşdırmaq cəhdi idi. O, Nyu-Dehli ilə Vaşinqton arasında Pekinin maraqlarına zərər verə biləcək potensial razılaşmalardan narahatlığını ifadə edib. Mesaj son nəticədə Modiyə çatdırılıb”,- mənbə agentliyə açıqlamasında bildirib.

Məktub göndərildikdən az sonra Pekin Çin sədrininbəyanatını açıqlayıb. Həmin bəyanatda Si Cinpin Çin-Hindistan münasibətlərini tərifləyərək onları “əjdaha-fil tanqosu” ilə müqayisə edib.

Hindistanlı məmurun sözlərinə görə, ölkə hakimiyyəti iyun ayında Pekinlə münasibətləri normallaşdırmaq üçün addımlar atmağa başlayıb.

- Avqustda tərəflər sərhəd mübahisələrinin həlli üçün səylərini ikiqat artırmaq barədə razılığa gəliblər”,- öz növbəsində “The Times of India” nəşri yazıb.

Çinin Xarici İşlər naziri Van İnin avqustun 18-20-də Nyu-Dehliyə səfərindən sonra ölkələr arasında münasibətlərin istiləşməsi sürətlənib. Danışıqlar zamanı tərəflər materik Çini və Hindistan arasında birbaşa uçuşları mümkün qədər tez bərpa etmək və yenilənmiş hava xidməti müqaviləsini yekunlaşdırmaq barədə ortaq məxrəcə gəliblər.

Pekin 2026-cı ildə BRİKS sammitinə ev sahibliyi üçün Nyu-Dehlini dəstəklədiyini, Hindistan isə 2027-ci ildə BRİKS sammitinə ev sahibliyi üçün Çinə dəstək verəcəyini vəd edib.

Sahil İsgəndərov
AzVision.az

Chosen
9
1
azvision.az

2Sources