Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.
Britaniyalı aktyor Cud Lounun Vladimir Putinin obrazında çəkildiyi “Kreml sehrbazı” filmindən ilk foto yayılıb.
Kulis.az xəbər verir ki, filmin çəkilişləri hazırda Latviyanın paytaxtı Riqada aparılır.
Ekran əsəri Culiano da Empolinin eyni adlı romanı əsasında fransız rejissor Olivye Assayas tərəfindən çəkilir.
Süjet 1990-cı illərdə siyasi texnoloq Vadim Baranovun (Pol Dano) gələcək Rusiya prezidentinin müşaviri olmasından bəhs edir.
Filmdə Cud Lou ilə yanaşı, Pol Dano, Alisiya Vikander və Zak Qalifianakis də rol alır.
Qeyd edək ki, amerikalı rejissor Oliver Stoun 2017-ci ildə Vladimir Putin haqqında çəkdiyi dörd seriyalı film ilə fəxr etdiyini, çünki onun bu gün də aktual olduğunu bildirib.
"Çalışqanlıq mifinə aldanan işçi sinfi..." - Qreqor Samsanın böcəyə çevrilməsi nəyi simvollaşdırır?
Aydın Kazımzadə: “Film adı altında təqdim olunan verilişlər gözümdən qaçmır” – Müsahibə
Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.