Bu barədə o özü hökumət iclasının yekununda jurnalistlərəməlumatverib. Xatırladıb ki, bu səfər rusiyalı həmkarının müavini Aleksey Overçukun dəvəti nəticəsində baş tutacaq.
"Şadam ki, məni Rusiyada gözləyirlər. Rusiyaya səfərməqsədilə həmişə növbəti fürsəti gözləyirəm. Fəal qarşılıqlı səfərlər üzrə çox yaxşı təcrübə qazanmışıq",– Nikol Paşinyan deyib.
Hökumət başçısı həmçinin diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammiti çərçivəsində də Vladimir Putinlə görüşəcək.
Firudin Həmidli
AzVision.az