EN

Əmrah Çəlikəl: Çox güman ki, oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş” üzərində qazanılan qələbədən sonra jurnalistlərə açıqlama verib.

Operativ Media-nın məlumatına görə, o, əldə olunan uğuru belə şərh edib:

“Ferentsvaroş”la çox gözəl iki oyun izlədik. Ümumi nəticədə qalib gəldik və Çempionlar Liqasına ikinci dəfə vəsiqə qazandıq. Bu uğur hamımızı çox sevindirdi”.

Çəlikəl klub prezidenti Tahir Gözəlin oyunda iştirak etməməsinə də münasibət bildirib:

“Tahir bəy elə bilin ki, burada idi. Hər dəqiqə telefonla danışırdıq. Sadəcə, vacib işgüzar görüşü olduğu üçün xaricdə idi”.

İcraçı direktor həmçinin UEFA Gənclər Liqasına və stadion məsələsinə də toxunub:

“Əsas komanda Çempionlar Liqasına düşdüyü üçün U-19 komandamız da Gənclər Liqasında iştirak edəcək. Bunun üçün hazırlıq planımız var. Stadionla bağlı isə hələ son qərar yoxdur. Amma çox güman ki, oyunlarımızı Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirəcəyik”.

Komandanın gücləndirilməsi məsələsinə gəlincə, Çəlikəl qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir:

“Futbolçu axtarışları daim aparılır, indi də bu yöndə hazırlıqlar gedir”.

Chosen
3
2
operativmedia.az

3Sources