EN

Kütləvi məzarlıqdan qaçış: Boğazı kəsilərək basdırıldı, dırnaqları ilə qazdı (FOTO)

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Donetsk bölgəsində əsir düşən Ukrayna Milli Qvardiyasının əsgəri Vladislav rus hərbçilərinin işgəncələrinə məruz qaldıqdan sonra diri-diri toplu məzara atılıb. 

Qaynarinfo xəbər verir ki, boğazından aldığı dərin kəsik yarasına baxmayaraq, torpağı dırnaqları ilə qazan əsgər məzardan çıxaraq möcüzəvi şəkildə xilas ola bilib.

Məlumata görə, Pokrovsk cəbhəsində xidmət edən 33 yaşlı Vladislav rus hücumu zamanı əsir götürülüb. Ondan əvvəl əsir düşən ukraynalı kəşfiyyatçılar dəhşətli işgəncələrə məruz qalıb: Onların gözləri oyulub, qulaqları, dodaqları və burunları kəsilib. Daha sonra rus əsgərləri Vladislavın boğazını kəsərək öldürdükləri 7 silahdaşı ilə birlikdə toplu məzara atıblar.

Boğazındakı yaradan danışa bilməyən Vladislav yaşadıqlarını həyat yoldaşı Viktoriya və qardaşı Yevgeni ilə yazılı qeydlər vasitəsilə bölüşüb. Bir övlad atası olan əsgər, qeydlərində digər əsirlərin gördüyü işgəncələri də təsvir edib. O, 4 yaşlı qızını yenidən görə bilmək ümidi ilə yaşamağa güc tapdığını yazıb.

"Suspilne Dnipro"nun məlumatına görə, Vladislav əlləri bağlı vəziyyətdə ikən məzardakı sınmış şüşə parçası ilə kəndirləri kəsib. Daha sonra boğazındakı qanamanı dayandırmaq üçün parçadan istifadə edib. Rus əsgərləri ərazidən uzaqlaşdıqdan sonra torpağı dırnaqları ilə qazan Vladislav məzardan çıxmağı bacarıb.

Ağır yaralı vəziyyətdə əsgər beş gün sürünərək Ukrayna mövqelərinə çatıb. 17 avqustda Dnipropetrovsk vilayətindəki xəstəxanaya yerləşdirilən Vladislavın yaraları infeksiyalaşıb və vəziyyəti kritik olub.

Xəstəxananın baş həkimi Serhey bildirib: "Boğazınız kəsildikdə sağ qalmaq çox çətindir. O, son ana qədər dirəndi. Onu fərqli edən şey, hər şeyin yaxşı olacağına inanması idi".

Həkimlər Vladislavın nəfəs almasını təmin etmək üçün rekonstruktiv əməliyyat planlayıblar.

Qardaşı Yevgeninin sözlərinə görə, ağır işgəncələrə rəğmən Vladislav yenidən cəbhəyə dönmək istəyir. Hazırda 24 saat müşahidə altında olan əsgər yalnız məktub vasitəsilə ünsiyyət qura bilir.

Yevgeni deyib: "O, özünü əsir götürənlərin eyni acını hiss etməsi üçün döyüşə qayıtmaq istəyir".

Ukraynalı rəsmilər təhlükəsizlik səbəbilə Vladislavın soyadını açıqlamayıb.

Bu hadisə, Rusiya tərəfinin əsirlərə qarşı davranışı ilə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib. Birləşmiş Millətlər Təşkilatı daha əvvəl rus hərbçilərini əsirləri işgəncə və edamlarla öldürməkdə ittiham etmişdi.

Əsirlikdən qurtulan ukraynalı əsgərlər, döyülmə, aclıq və elektrik şoklarına məruz qaldıqlarını açıqlamışdılar. Bəzi əsirlər isə şikəst edildiklərini və ya məcburi şəkildə təbliğat mahnıları oxumağa məcbur edildiklərini bildiriblər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
qaynarinfo.az

1Sources