EN

Paytaxtın mərkəzini çirkab suları basıb VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzi küçələrindən biri olan Zivər bəy Əhmədbəyov küçəsindən “Kubinka” ərazisinə qədər olan hissədə illərdir davam edən ciddi problem mövcuddur. 

Avtosfer.az xəbər verir ki, burada həftədə bir neçə dəfə kanalizasiya sularının yola axması müşahidə olunur. Nəticədə, küçədə pis qoxu və antisanitar vəziyyət yaranır.

Sakinlərin sözlərinə görə, xüsusilə yay aylarında bu vəziyyət daha da dözülməz hal alır. Küləkli havalarda isə çirkab sular yoldan keçən piyadaların üzərinə sıçrayır, avtomobillərin təkərləri də həmin suyu ətrafa yayaraq əlavə narahatlıq yaradır.

Məsələ ilə bağlı ətraf ərazidə yaşayan insanlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin hələ də həllini tapmadığını bildirirlər. Onlar qeyd edirlər ki, bu vəziyyət təkcə sanitar-gigiyenik normaların pozulmasına yox, həm də piyadaların və sürücülərin sağlamlığına təhlükə yaradır.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
avtosfer.az

1Sources