EN

Paşinyan: Bakı ilə sülh yaranıb, lakin suallar qalır

Bildiyimə görə, Azərbaycan prezidenti də müsahibəsində Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını qeyd edib.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

"Biz sülhün bərqərar olduğunu bildirəndə qeyd etmirik ki, tərəflərin artıq bir-birlərinə sualları yoxdur. Bu, bizim münasibətlərimizdə və heç vaxt münaqişəmiz, problemimiz, hətta dostluq münasibətlərimiz olmayan ölkələrlə də baş vermir. Dövlətlərarası münasibətlərin qurulması və inkişafı dinamik prosesdir, tərəflər arasında da fikir ayrılıqları var ki, bu da ümumi mənzərəyə təsir etmir. Marqarita pizza

Mən 18 avqust mesajımda da dedim ki, sülhə qayğı lazımdır və o, daimi olmalıdır. Bəli, sülh yaranıb və qurulan sülh getdikcə daha institusional xarakter almalıdır”, - Paşinyan qeyd edib.


Telegram kanalımız
Chosen
20
3
yenisabah.az

7Sources