EN

Ata qətlinin təfərrüatı: Ləqəbi Xata Bala imiş, evdə heç kəs olmayıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yevlaxda oğulun atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi təfərrüat bəlli olub.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Havarlı kənd sakinləri məlumat veriblər.

Deyilənə görə, 66 yaşlı atası Hüsü Talıbovu öldürən 36 yaşlı Vüsal Talıbov yaşadığı kənddə "Xata Bala" ləqəbi ilə tanınırmış.

1959-cu il təvəllüdlü Hüsü Talıbov 3 övlad (iki oğul, bir qız) atası olub. Ailənin böyük oğlu Rusiyada yaşayır. Havarlıda yaşayan qızı və hadisəni törədən Vüsal ailəlidirlər.

Hadisədən bütün kəndin təsirləndiyini deyən kənd ağsaqqalı Natiq Qəhrəmanov mərhum Hüsü Talıbovun zəhmətkeş, hər kəsin xeyir-şərinə yarıyan insan olduğunu bildirib:

"Hadisə zamanı ata-oğul evdə tək olublar. Qız övladlarının təzəliklə əkiz uşağı doğulmuşdu. Evin xanımı qızını və nəvələrini görməyə gedibmiş. Evdə mübahisə düşüb. Vüsal atasına 13 bıçaq zərbəsi vurub. Qonum-qonşu hay-küy salıb, Hüsü kişini xəstəxanaya çatdırıblar. Amma onu xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, atasını qətlə yetirən Vüsal Talıbov 3 oğul atasıdır. Onun belə qəddar davranışının səbəbi məlum deyil.

Gəzən söz-söhbətə görə, Vüsal borclu olub, atasından dəyərli bir şeyi satıb borcunu ödəməsinə yardım etməsini istəyib. Ata isə bundan imtina edib.

Qeyd edək ki, avqustun 26-da Yevlaxın Havarlı kəndində atası Hüsü Talıbovu bıçaqlamaqda şübhəli bilinən 36 yaşlı Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.

Vüsal Talıbov Vətən müharibəsi qazisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
4
oxu.az

5Sources